Qadınlar sayti

» » ABORTLA ƏLAQƏDAR ŞƏRİ HÖKMLƏR

ABORTLA ƏLAQƏDAR ŞƏRİ HÖKMLƏR

Yazar: vusal, Tarix: 28-01-2015, 14:22
ABORTLA ƏLAQƏDAR ŞƏRİ HÖKMLƏR
Uşağın nütfəsi mayalandıqda və ana rəhimində qərar tutduqda onu abort etmək icazəli deyil. İstər onun nütfəsi şəri evlilik (nikah) nəticəsində mayalansın, istərsə də qeyri-qanuni cinsi əlaqə (zina, sifah) ilə mayalansın. İstər tam xilqətli (yaradılışlı) bir məxluq, yaxud naqis xilqətli (şikəst) bir məxluq olduğu bilinsin, istərsə də biinməsin. İstər ona ruh üfürülsün, istərsə də üfürülməsin. İstər uşağı abort edən şəxs onun anası olsun, istərsə də ondan qeyri bir şəxs. İstər valideynlərdən birinin, yaxud onların hər ikisinin tələbi ilə olsun, istərsə də heç bir tələb olmasın. İstər uşaq kafirin, istərsə də müsəlmanın olsun. İstər qanunları aborta icazə verən ölkədə olsun, istərsə də buna icazə verməyən ölkədə. Lakin iki halda aborta icazə verilir:

1. Uşağın ana bətnində qalması ananın həlak olması ilə, yaxud iflic, ya dəlilik, yaxud korluq və ya s. təhlükəli xəstəliklər kimi həlak olmağa oxşayan şiddətli zərərlə qarşılaşması ilə nəticələnərsə; Bu vaxt uşağı saldırmaq və canını qorumaq ona icazəlidir. Bəlkə, bu ona vacibdir. Həmçinin yaşadığı cəmiyyətdə kök atmış bəzi adətlər ucbatından qadın öldürüləcəyindən qorxarsa və ölümün (qətlin) uzaqlaşdırılması uşağın abort edilməsinə bağlı olarsa, hökm həmin cürdür. Burada ruhun üfürülüb-üfürülməməsi arasında heç bir fərq yoxdur.

2. Uşağın ana bətnində qalması sonradan yaranacaq biabırçılıq səbəbilə qadın üçün şiddətli çətinlik yaradarsa; belə ki, bu biabırçılıq elə şiddətli dərəcədə olur ki, qadının həyatı narahat keçir və bu rüsvayçılıq onun rahatlığını böyük bir şəkildə qorxu altına salır. Lakin bu vəziyyətdə uşağı yalnız ruh ona üfürülməmişdən əvvəl abort etmək icazəlidir. Əgər ona ruh üfürülsə, əvvəlki bənddə deyilmiş vəziyyətin həddinə çatmadıqca uşağı abort etmək haramdır.

Əgər qadının hamilə qalması kişi üçün bir çətinlik yaradarsa, necə ki, uşaq mütə etdiyi (müvəqqəti evləndiyi) qadından olarsa və onun bu işinin ailəsi, yaxud arvadının yanında açılması onu çətinliyə salarsa, bu kimi çətinlik aborta haqq qazandırmır (yəni icazə vermir)[1].

Mükəlləfin abort etdirməsi icazəli olan hər bir halda həkim qadının bu işdə üzrlü olmasına etimad edərsə, onu abort edə bilər. Lakin bu o demək deyil ki, həkim diyə ödəməməlidir (yəni həkim diyə ödəməkdən müaf tutula bilməz). Bir şərtlə diyə ödəmək onun boynundan düşür ki, uşağı saldırmaq istəyən şəxslə diyəni onun əvəzinə ödəməsini şərt kəsir[2].

Əgər embrion "nütfə” olarsa və abort edilərsə, onun qan bahası iyirmi qızıl dinardır. Əgər "ələqə” olarsa və abort edilərsə, onun qan bahası qırx dinardır. Əgər "müzğə” olarsa və abort edilərsə, onun qan bahası altmış dinardır. Əgər sümük əmələ gəldikdən sonra abort edilərsə, onun qan bahası səksən dinardır. Əgər ətlə örtüldükdən sonra abort edilmişdirsə, onun qan bahası yüz dinardır. Əgər ruh üfürüldükdən sonra (hamiləliyin təxminən 128-ci günü uşağa ruh üfürülür) abort edilmişdirsə, onun qan bahası oğlandırsa min dinar, qızdırsa beş yüz dinardır. Embrionun nütfə olduğu dövr mayalanmasından etibarən qırx gündür. Sonra qırx gün ələqə olur. Daha sonra isə qırx gün müzğə olur.

Şəri dinarın ölçüsünə gəlincə o rəşadi qızılından ibarət olan osmanlı lirəsinin yarısına bərabərdir (yəni 1 dinar 4 qram 25 mq qızıldır). Diyə verilən vaxt onun qiymətini diyə verilən yerdə rəvacda olan pulla ödəmək olar[3].

Abort edilmiş uşağın qan bahası onun varislərinə verilməlidir. Və onlar (yəni varislər) həyatda olduqları və irs aparmaları mümkün olduğu surətdə onun (yəni uşağın) valideynləridir. Əgər onun salınmasında cinayətkar onlardan biri olsa və üzrlü olmasa və bu işi səhvən də yerinə yetirmiş olmasa, bütün qan bahası digər tərəfə verilməlidir. Əgər cinayətkar uşağın anası olsa və atası həyatda olmasa, miras qruplarına uyğun olaraq digər qohumlar ondan (uşaqdan) irs apararlar.

Bütün bu hallarda qan bahası ona məxsus olan şəxsin (yəni qan bahası ona veriləcək şəxsin), qan bahasını cinayətkara bağışlaması icazəlidir. Bu vaxt qan bahası onun boynundan düşür. Əgər üzrsüz olaraq uşağı saldırmışdırsa, günahkardır. Tövbə etməli və Allahdan bağışlanmasını istəməlidir. Ümid var ki, Allah onun tövbəsini qəbul edib günahından keçsin[4].

ABORT HAQQINDA ŞƏRİ SUALLAR

Sual: Erkən abortun haram olmasının səbəbi nədir? Bu möhtərəm canı öldürmək hesab olunur? Embrionun qan bahasının nisbətindəki fərqinin səbəbi nədir?

Cavab: Yumurta-hüceyrənin mayalanması əməliyyatında spermatozoidin ona girib onunla birləşməsindən (və ana rəhimində yerləşməsindən) etibarən uşaq salma icazəli deyil, çünki İslam istəyir ki, həyat əmələ gəldiyi gündən bəri insan ona ehtiram etsin və ona sayğı ilə yanaşsın. Hətta bu həyat kamil insan surətinə gəlməmişdirsə də belə. Bəzi fəqihlər vardır ki, – mən də onlardanam – hamiləlik qadına böyük bir zərər vuracağı, yaxud hamilə qalmaq ictimai baxımdan şiddətli çətinliklə nəticələnəcəyi təqdirdə, məsələn, adətən dözülməz ictimai rüsvayçılıqla nəticələnən qadına təcavüz hallarında, ruh üfürülməmişdən əvvəl – yəni hamiləliyin 4-cü ayından əvvəl – abortun icazəli olmasına fitva verirlər. Və bu icazə "Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur!” və "Allah dində üzərinizə heç bir çətinlik qoymadı. …”[5] dəlillərinə əsaslanır. Həqiqətən, şəriət öz hökmündə zərər, yaxud çətinliyə yer buraxmamışdır. Lakin ruh üfürüldükdən sonra abort etmək, yalnız hamiləlik ananın həyatı üçün təhlükəli olduğu halda icazəlidir. Bu vəziyyətdə uşaq salma canın qorunması üçün icazəli olan müdafiə vasitələrindən bir vasitə hesab olunur.

Qan bahasının nisbətinin fərqinə gəlincə fərq embriondakı həyat hərəkətinin ölçüsüdür. Belə ki, buna zülmün nisbətinin fərqi səbəb olur[6].

Sual: Bir şəxs ABŞ-da həkim işləyir. Ondan xəstələrini abort etmək tələb olunur. O soruşur:

Abortun şərən icazəli olduğu hallar hansılardır? Hamiləlikdən sonra abort nə vaxt icazəli olur? Bildiyiniz kimi Amerikada ana, yaxud uşağın xəstəliyi ilə əlaqədar hər hansı bir səbəblə yox, sırf hamləlikdən canlarını qurtarmaq üçün aborta cəhd edən çoxlu qadınlar vardır. Belə bir halda abort icazəlidir?

Cavab: Abort prinsipcə haramdır və onun həddi spermatozoidin qadının yumurta-hüceyrəsi ilə mayalandıqdan sonra ana rəhimində yerləşməsidir. Bu baxımdan embrion salınması icazəli olmayan möhtərəm bir şey olur. Lakin iki halda abort icazəlidir:

1. Ananın həyatı üçün təhlükə yaranarsa; belə ki, onun həyatı aborta bağlı olarsa. Burada rüşeymin ömrü nə olursa-olsun abort icazəlidir.

2. Bu hamiləlik şiddətli çətinlik yaradarsa; və bu gənc qızların həyatında narahatçılığın yaranması, onların nüfuzunun və çevrələri ilə olan əlaqələrinin qorxu altına düşməsində, bəzən onların sabit evlilik fürsətindən məhrum edilməsində və haradasa şiddətli xəstəlik kimi böyük zərər həddinə çatacaq şeylər kimi digər işlərdə müşahidə olunur. Burada qadının ruh embriona daxil olmamışdan əvvəl onu abort etməsi icazəlidir. Lakin yəqinliyə oxşayan şey həddinə çatacaq dərəcədə öldürüləcəyindən qorxarsa, ruh üfürüldükdən sonra da abort etmək icazəlidir. Bu halda məsələ birinci bəndə aid edilir.

Lakin təhlükə və çətinliyin olmadığı hallarda həkimin, ondan abort edilməsini tələb edən şəxsi abort etməsi icazəli deyil. Hətta qadın kafir olsa da belə. Həmçinin uşağın həqiqətdə şikəst olması hallarında, yaxud şikəst doğulmasından qorxulduğu hallarda belə abort icazəli deyil[7].

Sual: Uşaq saldırmağın hökmü nədir? Bu işi icra edən həkimin hökmü nədir?

Cavab: Yalnız spermatozoidin yumurta-hüceyrəyə girərək onunla birləşməsi və mayalanmış yumurta əmələ gəlməsi və qadının uşaqlıq borusunda həyat hərəkətinin başlaması ilə uşaq saldırma (abort) haram olur. Yalnız rüşeymin ananın həyatı üçün təhlükəli olması və onun kimi xüsusi hallarda qadının təhlükəni öz başından uzaqlaşdırması və özünü müdafiə etməsi icazəlidir. Hətta bu təhlükə ağlı və idrakı olmayan şəxs tərəfindən gələrsə. Məsələn, insan ona hücum edib onu öldürmək istəyən bir dəlini öldürə bilər. Əlbəttə, bir surətdə ki, təhlükəni uzaqlaşdırmaq onu öldürməyə bağlı olsun[8].

Sual: Haram yolla (zina), yaxud gizli izdivac (mütə (siğə) kimi) yolu ilə hamilə qalmış qadın, şiddətli çətinlik, yaxud cəmiyyət tərəfindən təhlükə hiss etdikdə uşağını saldıra bilər?

Cavab: Bu iş, hamiləliyin davam etməsi onun həyatını təhlükə ilə üz-üzə qoyduğu və onun üçün dözə bilməyəcəyi şiddətli rüsvayçılıq və narahatçılıq yaradacağı surətdə icazəlidir. Bir şərtlə ki, rüşeym (bətndəki uşaq) ruhun üfürülməsi mərhələsinə (döl 4 aylıq olduqlan sonra (təxminən hamiləliyin 128-ci günü) ona ruh üfürülür ki, buna nəfxi-ruh deyilir)) çatmamış olsun. Ruh üfürüldükdən sonra bu iş (yəni abort) icazəli deyil. Lakin qadının həyatını təhdid edən (qorxuya salan) qəti təhlükə olarsa, icazəlidir[9].

Sual: Əgər ana və uşaqdan birinin həyatını davam etdirmək mümkün olarsa, hansı yaşamağa daha çox haqlıdır? Bu məsələdə qərara gəlmək kimə aiddir? Anaya, yoxsa ataya, yoxsa həkimə, yoxsa şəri hakimə?

Cavab: Hökm anaya məxsusdur və o, abort etməklə özünü müdafiə etmə haqqına sahibdir. Başqa heç bir kəsin – istər həkim, istərsə də uşağın sahibi – qərara gəlməyə haqqı yoxdur. Şəriət hakimi də yalnız bu işin halal olmasına fitva verməklə işə müdaxilə edə bilər. Qadın belə bir vəziyyətdə olarsa və onun həyatını xilas etmək aborta bağlı olarsa, həkimin bu işi icra etməsi icazəlidir. Eyni halda belə işlərdə ehtiyata da riayət edilməlidir[10].

HAMİLƏLİYİN QARŞISINI ALAN VASİTƏLƏR

HAQQINDA FİTVALAR VƏ ŞƏRİ SUALLAR

Kişinin, həmçinin arvadın, hətta bir, yaxud daha çox uşaq sahibi olduqdan sonra özündə əbədiyyən uşaq sahibi ola bilməyəcəyinə səbəbiyyət verən bir iş görməsi icazəli deyil. Qalmışdı ki, hələ bu işi uşaq sahibi olmadan ilk dəfə görmüş olsun. Buna görə də, ər və arvaddan birinin, yaxud hər ikisinin – hətta qarşılıqlı razılaşma ilə olsa da belə – tibbi baxımdan "boruların kəsilməsi, yaxud bağlanması” və yaxud "uşaqlığın, yaxud yumurtalığın kəsilib atılması” deyilən, yaxud nəsil yetişdirmə ilə əlaqəli olan bundan qeyri işlərin yerinə yetirməsi icazəli deyil, çünki onun itirilməsi uşaq sahibi olma gücünün itirilməsinə gətirib çıxarır. Bəli, zərurətə uyğun gələcək şəkildə çarəsiz qaldıqda bunun heç bir maneəsi yoxdur. Embrionun nütfəsi mayalandıqdan və ana rəhimində yerləşdikdən sonra onun düşməsi ilə nəticələnməyən başqa vasitələrə gəlincə fərdlərdə, bəlkə, ümmətdə belə nəsil artımının qarşısını almaq üçün onların istifadə olunması öz-özlüyündə icazəlidir, çünki bəzən ümumi zərurət ümmətdə nəsil artımının qarşısını almağı tələb edə bilər. Bunu ətraflı şəkildə öyrənmək üçün şəri hakimin fikrinə və ekspertlərə müraciət olunmalıdır. Həmin vasitələrdən istifadə etməyin icazəli olması aşağıdakı şərtlərə bağlıdır:

– O vasitələrdə qaçınması vacib olan zərər olmamalıdır;

– O vasitələrin istifadəsi kişinin öz övrətini kişi, yaxud qadın həkimin, qadının isə öz övrətini yalnız kişi həkim (qadın həkim olar) qarşısında açması ilə nəticələnməməlidir. Lakin ortada haram işləri görməyə icazə verən zərurət olarsa, bu halda icazəlidir[11].

SPİRAL QOYDURMAQ

Sual: Qadının spiral qoydurması barəsində sizin fikriniz nədir? Əgər spiral qoydurmaq icazəlidirsə, Seyid Xomeyniyə təqlid edən şəxsin bu məsələdə sizə təqlid etməsi icazəlidirmi?

Cavab: Mən öz bilik və təcrübəmə əsasən deyə bilərəm ki, qadının spiral qoydurmasının heç bir maneəsi yoxdur. Bir şərtlə ki, bu işi qadın həkim icra etsin, çünki övrət açılır. Qadının tibbi ehtiyacları yarandıqda, hətta çarəsizlik halı olmasa da belə, öz övrətini başqa qadının qarşısında aça bilər. Seyid Xomeyni və Seyid Əbülqasım Xoyiyə gəlincə onların fikrinə görə övrətə baxsın deyə qadın öz övrətini başqa bir qadının qarşısında aça bilməz. Onlara görə bu yalnız şiddətli çətinlik və zərər vəziyyətlərində icazəlidir. Bu vəziyyətdə onların rəyinə əsasən hamiləlik qadın üçün çətinlik yaradarsa və hamiləliyin qarşısını alan vasitələrin də heç birinin faydası olmazsa, bu halda onun spiral qoydurması icazəlidir. Lakin bunu kişi yox, qadın icra etməlidir.

Ola bilsin belə bir fikir vardır ki, spiral bir növ abortdur. Bizim fikrimizə görə abortun haramlığına dəlalət edən dəlillər spirala şamil edilmir, çünki dəlillər qadına bətnində yerləşmiş şeyi çölə atmasının icazəli olmadığına dəlalət edir. Spiral isə, ümumiyyətlə, mayalanmış yumurta – hüceyrənin ana rəhimi divarında yerləşməsinə mane olur. Haram olan şey mayalanmış yumurta – hüceyrə ana rəhimində yerləşdikdən sonra onu saldırmaqdır[12].

Sual: Hamiləliyin qarşısını alan müxtəlif növ vasitələrin hökmü nədir?

Cavab: Bədənə böyük bir zərər vurmadıqca həblərdən istifadə etmək icazəlidir. Hamiləlik çox zərərli olarsa və hamiləliyin qarşısını alan digər vasitələr olmazsa, spiral da icazəlidir. Lakin spiralı qoyan şəxs kişi olacaqsa, spiral qoydurmaq haramdır. Lakin spiralı qoyan qadın olarsa, bizə görə bunun heç bir problemi yoxdur. Lakin abort və axtalama haramdır. Şəri şərtlər bir yerdə cəm olarsa, hamiləliyin qarşısını alan bütün vasitələrdən istifadə etmək icazəlidir[13].

Seyid Mühəmmədhüseyn Fəzlullah

Tərcümə etdi: Xəyyam Qurbanzadə http://muselmanqadin.az

[1] "Fiqhuş-Şəriə”; 3-cü cild; 808-ci məsələ

[2] "Fiqhuş-Şəriə”; 3-cü cild; 809-cu məsələ

[3] "Fiqhuş-Şəriə”; 3-cü cild; 811-ci məsələ

[4] "Fiqhuş-Şəriə”; 3-cü cild; 812-ci məsələ

[5] "Həcc”; 78

[6] "Əl-Məsailul-Fiqhiyyə”; c. 2, s. 438, 1030-cu məsələ

[7] "Əl-Məsailul-Fiqhiyyə”; c. 2, s. 430, 1033-cü məsələ

[8] "Fiqhul-Həyat”; s. 177

[9] "Fiqhul-Həyat”; s. 178, 179

[10] "Fiqhul-Həyat”; s. 179

[11] "Fiqhuş-Şəriə”; c. 3. s. 531, 532; 806-cı məsələ

[12] "Nədvə”; c.1, s. 577

[13] "Nədvə”; c. 6. s. 709
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>