Qadınlar sayti

» » Övlad sahibi olmaq üçün İmam Baqirdən (ə) dua

Övlad sahibi olmaq üçün İmam Baqirdən (ə) dua

Yazar: vusal, Tarix: 14-05-2015, 13:06

DUA VƏ ZIYARƏTNAMƏLƏR



Övlad sahibi olmaq üçün İmam Baqirdən (ə) dua
İmamın (ə) işi bitən zaman həmin gözətçi İmam Baqirə (ə) yaxınlaşıb deyir: "Qurban olum, mənə buyurduğun dua necədir?"



Allahın heç bir işi hikmətsiz deyldir. Ancaq kaş ki, hər birimiz bu hikmətdən xəbərdar olaydıq. Gecə və gündüz ürəyim övlad sevgisi ilə yanıb tutuşur. Allaha dua edən zaman isə deyirəm: Allahım, hər nə ki, faydamızadır, onu da et. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə" 216).

Qurani-Kərim bizlərə övlad sahibi olmağın yolunu belə göstərir:
"Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».
«Göydən (buluddan) sizə bol yağış göndərsin».
«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». ("Nuh" 10-12).

Bu ayələrdən oxuduğumuz kimi, Allah övlad və mal sahibi olmağın yolunu istiğfarda görür.

Hədislərə nəzər salaq. İmam Baqir (ə) vacib bir dini iş üçün Hişam ibni Əbdülməlikin yanına gəlir. Lakin Hişam onun yanına girməsini təxirə salır. Həzrət (ə) bu işdən narahat olur. Hişamın bir gözətçisi var idi ki, zəngin idi, ancaq övladı olmurdu. İmam (ə) ona yaxınlaşdı və ona dedi: "Mənimlə Hişam arasında görüş təşkil edə bilsən, mənə sənə elə bir dua öyrədərəm ki, övlad sahibi olarsan". Həmin şəxs İmamı (ə) Hişam ilə görüşdürür və Hişam da İmamın (ə) tapşırığını yerinə yetirir. İmamın (ə) işi bitən zaman həmin gözətçi İmam Baqirə (ə) yaxınlaşıb deyir: "Qurban olum, mənə buyurduğun dua necədir?". Həzrət (ə) buyurur: "Hər səhər və hər axşam 70 dəfə "Sübhənallah", 10 dəfə istiğfar, 9 dəfə yenə "Sübhənallah", onuncusunu istiğfar qərar ver. Çünki Allah Təala buyurur..." və Həzrət (ə) sonra "Nuh" surəsini qiraət edir".
Həmin şəxs bu dualara əməl edir və Allah ona çoxlu övlad nəsib edir.

Bu hədisi nəql edən Süleyman özü haqqında yazır: "Mən öz əmim qızı ilə evlənmişdim. Övlad sahibi ola bilmirdim. Mən həmin zikri dedim və ev əhlinə də təlim verdim. Ondan sonra övlad sahibi oldum. Həyat yoldaşım deyir ki, nə zaman hamilə olmaq istəsə, bu duaya əməl edir və ondan sonra hamilə olurdu. Mən bu duanı övlad sahibi olmayan bir çox insana təlim verdim və onlar da övlad sahibi oldular".

İmam Səccad (ə) övlad istəyən səhabələrinə belə buyururdu: "(İmam Baqirdən (ə) gələn duanı) 70 dəfə oxu. Hər kim bu duanı çoxlu oxuyar, mal və övladdan hər nə istəyərsə, Allah ona əta edər". Həzrət (ə) sonra "Nuh" surəsini oxudu.

nardaranpiri.com
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>