Qadınlar sayti

» » İmam Baqirin (ə) təvəllüdü günü

İmam Baqirin (ə) təvəllüdü günü

Yazar: vusal, Tarix: 21-04-2015, 00:12
İmam Baqirin (ə) təvəllüdü günü

Hicri təqvimi ilə 57-ci il, rəcəb ayının ilk cümə günü imamət və vilayətin parlaq günəşi həzrət imam Baqir (ə) Mədinə şəhərinin üfüqündən doğdu.
(Misbahi- Kəfəmi, c. 2, s. 599- Biharül-ənvar, c. 46, s. 212)
O həzrətin mübarək adı: Məhəmməd, künyəsi: Əbu Cəfər, ləqəbləri: Baqirül-ülum, Əş-Şakirüllah, Hadi, Əmin və Şəbihdir. Sonuncu ləqəbi onun islamın əziz peyğəmbərinə (s) bənzəməsi ilə bağlıdır.
(Mənaqibi-Ali-Əbi Talib (ə), c.4, s. 227)
Onun uca şəxsiyyətli atası həzrət Zeyn-Əl-Abidin Əli ibn Hüseyn (ə), anası imam Həsən Müctəbanın (ə) qızı Ümmi Əbdüllahdır ki, imam Sadiq (ə) onun haqqında buyurub: " İmam Həsənin (ə) övladları arasında onun kimisi olmayıb”.
(Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqirdən belə rəvayət olunub: "Anam divarın yanında oturmuşdu. Birdən divar çatladı və onun yarılmasının) səsi eşidildi. Anam divara işarə edib buyurdu: Müstəfa həqqinə, Allah sənə yıxılmağa icazə verməsin!” O zaman anam oradan keçinədək divar o halda qaldı”. (Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqir (ə) də aşura günü Kərbəlda olub. O zaman o, dörd yaşlı uşaq idi. Əhli-beytin (ə) ağır müsibət və bəlaları dərk edirdi. Qadın və uşaqların üzləşdiyi qəm-qüssəyə o da şərik olub dözdü.
İslamın əziz peyğəmbərdən (s) nəql olunan rəvayətdə həzrət buyurub: "Əli ibn Hüseynin (ə) sülbündən bir uşaq doğulacaq. Onun adı mənim adımdır. Yaradılşda mənə bənzəyir. Əkinçi yeri (parçalayıb) açdığı kimi o da elmi açacaq.”
(Kifayətül-Əsir, s. 12, Biharül-ənvar: c. 36, s. 312)
Əhli-sünnə alimlərindən biri İbn Həcər, o həzrətin şəxsiyyəti haqqında deyir: "O, ona görə Baqir adlanıb ki, cəvahir mədəni, qiymətli daş-qaşlar üçün yeri yarıb çıxardıqları kimi o da əhkamın incəlik və həqiqətini açıb çıxardı. Ö üzdən onu elmin Baqiri, yayanı və onu inkişaf etdirəndir. Bu məsələ, qəlbi kor olanlardan başqa heç kimə məxfi deyil.” (Ə`yanüş-şiə, c. 1, s. 650)
İmam Baqirin uca atası şəhadətə çatıdıqdan sonra imamlıq mənsəbi onun öhdəsinə düşdü. Onun imamlıq dövrü bəni-üməyyə hakimiyyəti dövrünün son illərinə təsadüf edirdi. Müxtəlif yerlədə əməvilərin əleyhinə başlayan qiyamlar dövlətin başını qatmışdı. Ona görə də imam Baqir (ə) və onu böyük övladı imam Sadiqin (ə) dövründə peyğəmbərin (ə) unudulmuş sünnəsini, peyğəmbərin (ə) saf dinini dirildib üçün çox münasib şərait yaranmışdı. O iki imam (ə) dinin gözəl çöhrəsini bəni-üməyyə və yəhudi xürafatının qübarından təmizlədirlər.
Deyiləsi nöqtə odur ki, bəzi rəvayətlərə əsasən imam Baqirin (ə) təvəllüdü hicri təqvimi ilə səfər ayının 3- cü gününə təsadüf edir. Maraqlananlar təqvimdə səfər ayının mətninə müraciət edə bilərlər.
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>