Qadınlar sayti

» » Övlad tərbiyəsinə dair Loğmanın 10 tövsiyəsi

Övlad tərbiyəsinə dair Loğmanın 10 tövsiyəsi

Yazar: vusal, Tarix: 16-03-2015, 15:43

Ata və ana övlad tərbiyəsində məsuliyyətli tərəflərdir. Hər bir körpə dünyaya gələn zaman ailəyə yeni fərd daxil olur. Həqiqətdə ailənin üzünə yeni dünyanın qapıları açılır. Ata və ana övlad sahibi olaraq, bir insanın saədətini öhdəsinə götürərlər və ən çox məsuliyyət də ananın öhdəsinə düşər. 

Övladlar xüsusilə kiçik yaşlarında fikir və rəftarlarını anadan öyrənərlər. Lakin böyüyən zaman xüsusilə oğlanlar ictimai rəftarlarında atalarına təqlid edərlər. Övladlar adətən bir çox ictimai rəftarları: xoş əxlaq olmaq, fədakar olmağı və s. anadan öyrənərlər.

Övladın dini tərbiyəsi ikitərəfli mövzudur: müəllim və şagird münasibəti kimi. Müəllim çalışır ki, bir çox dini əqidələri, qanun və əhkamı şagirdinə başa salsın və öyrətsin. Şagird isə öz istedadlarının çiçəklənməsi yolunda addımlar atar.

Dini tərbiyə dedikdə o nəzərdə tutulur ki, ana istər müəllim olsun, istərsə də valideyn - övladının fitri istedadını İlahi Cəlal və Camal sahəsində çiçəkləndirə bilsin. Dini tərbiyə üçün ürəkdən yardım almaq lazımdır. Məhəbbət - dinin zəminəsidir.

Tədqiqatlar göstərir ki, o kəslər ki, böyüyən zaman dinə qarşı laqeyddirlər, əslində dini etiqadsız insanlar deyildir. Sadəcə valideynin bu mövzuya qarşı diqqətsizliyi və ibadət məsələlərinin yerinə yetirməsindəki səhlənkarlığı mühüm rola malikdir.

Ata və ana hər biri öz növbəsində övlad tərbiyəsində təsirlidir, lakin ananın rolu çox mühümdür. Çünki atadan daha çox övladı ilə rabitə quran – məhz anadır. Əgər ananın əxlaqı gözəl olarsa və rəftarına diqqət edərsə, övlad da istər-istəməz bu cür olacaqdır.

Dini tərbiyədə təqva - ən mühüm amildir. Ana İlahi təqvaya riayət edərsə, tərbiyəsi də İlahi ibadət yolunda olar.

Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:

1. Rəhman Allahla gözəl rabitə. "Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir)”. ("Loğman” 13).

2. Valideynə ehtiram qoymaq. "Və Biz insana ata-anası barəsində tövsiyə etdik”. ("Loğman” 14).

3. Məad. "(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».("Loğman” 16).


4. Namaz. «Ey mənim əziz oğlum, namaz qıl”. ("Loğman” 7).

5. Əmr-be-məruf və nəhy-əz-münkər. ”Yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et”. ("Loğman” 17).

6. Səbir. "Sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir». ("Loğman” 17).

7. İnsansevərlik. "Camaatdan təkəbbürlə üz çevirmə”. ("Loğman” 18).

8. Təvazökarlıq. "Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». ("Loğman” 18).

9. Mötədil olmalı. «Öz yerişində və rəftarında orta həddi gözlə”. ("Loğman” 19).

10. Sakit danışmaq. "Və (danışanda) səsini azalt ki, ən pis səs - ulaqların səsidir». ("Loğman” 19).

Quran Loğmanın dili ilə bizlərə dini tərbiyənin yollarını öyrədir və bəyan edir. Övladlarımızı bu çərçivədə tərbiyə etməyə çalışaq.


(Tebyan/Deyerler)

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>