Qadınlar sayti

» » İslamda ailə əxlaqı

İslamda ailə əxlaqı

Yazar: vusal, Tarix: 7-03-2015, 23:18

Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur.

Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.
İslam tarixində oxuyuruq: Allah Rəsulunun (s) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir "Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (s)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurur: "Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: "Ya Peyğəmbər, o ki yaxşı adam idi!”
Həzrət buyurdu: "Bəli, amma evdəki rəftarı pis idi.”
Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!

HÜSNÜ-NİYYƏTLİ OLMAQ
Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin, qüssə, qeybət və şayiələrin yaranmasına bais olur. Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar.
Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq.
Həzrət İsa (ə) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar. Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (ə) "Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”-deyə onların eybləri sadalamaqlarının qarşısını aldı.
Allah peyğəmbərinin bu rəfarı bizə başqalarının eybini axtarmamağı, hətta bir murdarın belə cəsədində müsbət bir nöqtəni görməyi öyrədir.

HƏYAT YOLDAŞINI HİMAYƏ ETMƏK
Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bəzisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.

QURAN VƏ HƏDİSLƏRİN YOL GÖSTƏRMƏSİ
Şərif Quran bu barədə belə yol göstərir.
Ümumiyyətlə Quran bu nəzərə malikdir ki, insan gərək başqalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır. Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı.
Bu böyük nemət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik. Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yəni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır.
Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.
Hədislərdə deyilir ki, Əmirəl-möminin (ə) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!

QADININ ÜRFİ QAYDALARA ƏMƏL ETMƏSİ
Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi (el arası – red.) qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını "nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.
Yuxarıda qeyd edildi ki, nəsihət üç əsas şərt əsasındadır ki, yalnız onların mövcud olduğu surətdə təsir edib nəticə verəcəkdir:
1-Mehr-məhəbbət göstərmək: Yəni nəsihət edən mehribanlıq və ürək yanğısı ilə nəsihət etməlidir.
2-Dəlil gətirmək: Yəni nəsihətin əsası aşkar və məlum bir dəlil ilə qeyd olunsun.
3-Ürək genişliyinə malik olmaq.
Nəsihət zamanı sonuncu şərt çox mühüm əhəmiyyətə malik olması ilə yanaşı, həm də qeyd etmək lazımdır ki, böyük nemətdir. Belə ki, Allah-Taala Quranda Öz Rəsuluna bu cür xitab edir:
"Ey əziz Rəsul, Biz sənə geniş ürək və açıq qəlb əta etmədikmi?” (İnşirah surəs, ayə 1)
Yəni, Allah-Taala Öz Rəsulunun mübarək sinəsinin genişliyini və ona mənəvi aramlıq və sakitlik əta etməsini minnət ünvanı kimi yad edir.

 

 

 
aile.ge
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>