Qadınlar sayti

» » Qadın kimdir?

Qadın kimdir?

Yazar: vusal, Tarix: 7-03-2015, 22:47

Qadına hörmət edin. Çünki o bəşər övladının anasıdır”. Qadının dəyəri, kimliyi məhz "ana” sözüylə bağlıdır.

 

Yoxsa çılpaq geyinməyi, zahiri gözəlliyinin qabardılması ilə yox. Ana-yəni ailə, ana-yəni bir kişinin həyat yoldaşı. Gördüyümüz kimi "qadın” kimliyi "ana” kimliyi ilə kamilləşir və bütövləşir. Əks halda "qadın” obrazı natamamdır və yarımçıqdır. "Qadın dediyin sahibini tanımalıdır, kişi dediyin də sahib çıxmalıdır” Yaradılış etibarilə də qadın kişidən sonra və kişiyə yardımcı, tamamlayıcı funksiyasında xəlq olunmuşdur. Qurani-Kərim, Rum surəsi 31: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”

Hər bir qadın bir kişiyə mənsubdur. Bu asılılıq mənasına gəlmir. Mənsub olmaq, aid olmaq mənasındadır. Qadın iddia etsə ki, mən kişi tanımıram, kişidən nəyim əksikdir?, ailəq qurmayacam, ana olmaq istəmirəm, sərbəstliyimə toxunmayın, müstəqiləm, azadam, məni kölə etməyin və s. fikirləri qabartsa, bu iddianın kökündən yalnış olduğunu bilməliyik. Yəni bu yanaşma qadının yaradılış fəlsəfəsinə tamamilə ziddir. Praktiki olaraq da belə düşünən qadınların səhv etdiklərini görürük. Bu təyinatdan çıxan qadınların aqibəti peşmançılıqla nəticələnir. Onlar heç vaxt bu həyatda həqiqi qadın xoşbəxtliyinə çatmırlar. Düzdür, onlar cavanlıqda zənn edirlər ki, xoşbəxt yaşayırlar. Amma yaşa dolduqca səhv düşündüklərini anlayırlar. Etiraf edəndə də artıq gec olur.

Qadının dəyəri

Həqiqətən də qadına Allah böyük dəyər vermişdir. Qurani-Kərimin bir surəsi "Nisa” (Qadınlar) surəsidir. Hədislərdə övlad üzərində ananın haqqının atadan çox olduğu vurğulanır. Qadına bəşəriyyətin tərbiyəçisi rolu verilmişdir. Qadın Peyğəmbərlər (s), İmamlar (ə) və digər şəxsiyyətlərin anasıdır. Qadın kişinin namusudur. Kişinin qeyrətidir. Kişinin həyatının yoldaşıdır. Ailəni abad edəndir.

Qız övladları haqda bəzi hədislər:

Muhəmməd Peyğəmbər (s): Övladlarınız arasında oglanla qıza fərq qoymayın. Fərq qoymaq lazım olsaydı mən qızları seçərdim. Allahın Peyğəmbəri (s): «(Öz) Qızlarınıza soyuq olmayın, çünki onlar qiymətli munislərdir.»(əl-Kafi, c.6, səh.7, hədis 12 )

Allahın Peyğəmbəri (s): «Qızlar ürəyi yanan (qayğıçəkən), köməyə yetən və bərəkətli olarlar.»(Kənzul-Ummal, hədis 45347) Allahın Peyğəmbəri (s): «Allah-təala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-təala qiyamət günündə onu şad etməsin.» (Biharul-Ənvar, c.74, səh.84, hədis 94) İmam Sadiq (ə): «Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər.»

Tarixdə qəhrəman qadınlar

Bəşəriyyətin ən üstün xanımları 4 nəfərdir. 1- Xanım Fatimə (s.ə) , 2- Xanım Xədicə (s.ə), 3- Xanım Məryəm (s.ə), 4- Xanım Asiya (s.ə). Xanım Fatimə ( s.ə) bəşərin ən üstün xanımıdır. Bu dərəcəni Peyğəmbər (s) qızı olduğu üçün yox, məhz özü qazanmışdır. Kişilərə də nümunə olan bir xanımdır. Həm fərdi və ictimai vəzifələrini kamil şəkildə bilən və əməl edən xanım olmuşdur. Ömrünün hər anını ağıl və hikmətlə yaşayan, həyat yoldaşına sadiq, gözəl ana olmuşdur. İffət və həyada tayı-bərabəri olmamışdır. "Qadın üçün ən yaxşı xüsusiyyət odur ki, o yad kişiyə baxmasın, yad kişi də ona baxmasın” buyurur Xanım Fatimeyi Zəhra (s.ə). Müdrik xanımlardan biri İmam Əlinin (ə) və Xanım Fatimənin (s.ə) qızı Xanım Zeynəb (s.ə) olmuşdur. Xanım Zeynəb (s.ə) bəlağətli çıxışıyla tarixə düşmüşdür. Əməvi hökmdarı Yezid ibn Müaviyənin sarayında sərrast nitqiylə xəlifəni rüsvay etmiş və onlara qarşı verilən ədalətsiz qərarı ləğv etməyə nail olmuşdur. Növbəti nümunəvi xanım Xanım Nəsibədir (s.ə). Uhud döyüşündə Peyğəmbəri (s) mühafizə edirdi. Şücaətli, mərd və döyüşkən bir qadın idi. Hədislərdə 12-ci İmamın ( ə.f) zühuru zamanı yardımçılarından bir hissəsinin şücaətli qadınlar olacağı deyilmişdir.

Müasir imperialistlər qadını cinsi həzz elementi kimi təqdim edirlər

Çılpaq geyimli qadınlar-ömrünü-gününü kosmetikaya, gözəllik salonlarına, dəbli, mini və çılpaq libaslara sərf edən qadınlar özlərinə nə qədər hörmətsizlik olunduğunu anlamırlar. Elə bilirlər ki, onların vəzifəsi, funksiyası ətirlənib, geyinib-keçinib, naz-qəmzəylə icitmaiyyətə çıxıb kişilərin və digər qadınların fikrini özünə yönəltməkdən ibarətdir. Nə qədər bərbad və təyinatdan çıxmış yanaşma. Nə qədər məhdud düşüncə, nə qədər zəif təfəkkür, nə qədər mənasız həyat tərzi...

Əfsus ki, belə qadınlar bilmir ki, onlar belə yaşam tərzinə bilərəkdən yönəldilirlər. Reklam çarxlarında, filmlərdə, təqdimatlarda, iş yerlərində, ictimai, xidmət müəssisələrində və s. proseslərdə qadının zahiri görünüşünü, çılpaqlığını qabardaraq reytinqlər qazanırlar. Avtosalonlarda mini yupqalı, seçilmiş xanım satış menecerləri, reklam çarxlarında seçilmiş qadın obrazları, serialllarda, filmlərdə, kiv-lərdə qadın cazibədarlığının qabardılması, xidmət müəssisələrində bər-bəzəkli xanımlar və s. Bu gün bu vəziyyət bütün dünyanı bürüyüb. Ən pis tərəfi odur ki, bu təbliğat cəmiyyətə təsir edir. Hələ xarakteri formalaşmamış cavan və orta yaşlı qadınlara, qızlara da təsir edir və onlar da belə geyimi, həyat tərzini nümunə hesab edirlər. Beləliklə "qadın” öz kimliyindən uzaq düşür, evlənməkdən boyun qaçırır, mənasız həyat sürür və aldanır. Bir cəmiyyətə qiymət verilərkən o cəmiyyətdəki qadınların əxlaqı, yaşam tərzi və tərbiyəsiylə qiymət verilir. Çünki qadınının özbaşınalığı və sahibsizliyi, mənəvi uçuruma yuvarlanmaq deməkdir.

Qadın kimliyi ilə bağlı bəzi hədislər

Peyğəmbərimiz (s) qadının ərindən savayı biri üçün bəzənməsini qadağan edib. Əgər belə etsə (yəni başqası üçün bəzənsə) o Cəhənnəm atəşində yandırılmağa haqq qazanır.

Cəhənnəm əhlinin çoxu subay qadınlar və kişilərdir. Rəsuli-Əkrəm (s)

Əgər mənə insanların Allaha yox, başqa bir varlığa səcdə edilmələri əmr olunsaydı, mən də qadınların ərlərinə səcdə etmələrini əmr edərdim. Rəsuli Əkrəm (s)

Özünü başqalarına göstərmək məqsədilə gözəl paltar geyinib ətirlənən qadının namazı ətirin iyi bədənindən getməyənə qədər qəbul olunmaz. Hədisi şərif

Qadın bir incidir. İnci isə sədəfdə olur. Qadının sədəfi onun hicabıdır! Hədisi şərif

İmam Rza (ə) buyurur: «Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:

1. Ərinə qarşı təvazökarlıq və üzüyola, eləcə də bədxərclik etməyib qənaətcil olmaq

2. Xoşxasiyyət, mülayimlik və mehribançılıq

3. Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək.

4. Ərini əsəbi vəya yorğun gördükdə bütün işlərini öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək.

5. Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.

Sonra İmam (ə) buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq.

http://aile.ge
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>