Qadınlar sayti

» » Fatimeyi-Zəhra (s.ə) Məsumların baxışında

Fatimeyi-Zəhra (s.ə) Məsumların baxışında

Yazar: vusal, Tarix: 2-03-2015, 07:14

Fatimeyi-Zəhra (s.ə) Məsumların baxışında

 

Elə şəxsiyyətlər var ki, onların məqamını olduğu kimi vəsf etmək mümkünsüzdür. Fatimeyi-Zəhra (s.ə) da onlardan biridir. Ona görə də, qısa da olsa, o həzrətin məqamı haqqında məlumatı təkcə, təkcə məsumların (ə) kəlamında araşdıracağıq. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu yazılar yalnız və yalnız o dəryanın fəzilətlərindən bir damladır.

1. Fatimeyi-Zəhra (s.ə) imam Əlinin (ə) baxışında
Həzrət Əli (ə), Müaviyənin əməvilərə istinad etdiyi əsassız iddialarının cavabı olaraq bir məktubda yazdı: "...cənnət cavanlarının iki ağası bizdəndir, səbiyyətun-nar (nəsibi od olan uşaqlar) sizdən. Dünya qadınlarının ən yaxşısı bizdəndir, həmmalətul-hətəb (cəhənnəm əhli üçün odun daşıyan) sizdən...”
Sonra öz şerindən bir parça xatırladaraq buyurur: "Mən Fatimə (s.ə) və övladlarını salamlayıram! Həmçinin Fatiməni (s.ə) mənimlə evləndirdiyindən Allah Rəsuluyla (s) fəxr edirəm.”
2. Fatimeyi-Zəhra (s.ə) imam Həsənin (ə) baxışında
İmam Həsən (ə) çox yerdə anası haqqında danışıb. O cümlədən, Fatimə (ə.s) haqqında buyurub: "Bir gecə anamı mehrabda namaza durduğunu gördüm. Günəş çıxanadək rüku və səcdə halında idi. Qonşulardan bir-bir kişi və qadınların adını deyərək onlara dua etdi, lakin özü üçün bir şey istəmədi. Ərz etdim: "Anacan! Başqalarına dua etdiyin kimi, niyə özünə də, dua etmirsən?” Buyurdu: "Öncə qonşu sorna ev.”
3. Fatimeyi-Zəhra (s.ə) imam Hüseynin (ə) baxışında
Aşura günü düşmən ordusu imam Hüseyni (ə) əhatəyə aldıqda İmam (ə) müfəssəl bir xütbə buyurdu: "Məni ölüm və zillət seçimi arasında qoyublar. Amma mən heç vaxt özümü alçaqlığa tabe etmərəm. Allah və Rəsulu (s) məni bu işdən çəkindirir. Həmçinin pak və təmiz insanlar, onu qəbul etməyimə icasə verməzlər.”
Bir sözlə, imam Hüseynin (ə) xütbəsində, onun Faimeyi-Zəhranın (s.ə) prinispinə əsaslanması məlumdur.
4. Fatimeyi-Zəhra (s.ə) imam Səccadın (ə) baxışında
İmam Səccad (ə) buyurub: "Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək: - Bu gün qorxmayın və kədərlənməyin. - Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar. Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək: - Əhli-beyti (ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın. O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məılum olar. O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək:
- Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək:
-Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla”.
5. Fatimeyi-Zəhra (s.ə) imam Muhəmməd Baqirin (ə) baxışında
Bir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur:
"And olsun Allaha! O gün (qiyamət günü) Fatimə (s.ə), öz şiələrini və dostlarını yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb (özüylə cənnətə aparacaq).
6. Fatimeyi-Zəhra (s.ə) imam Cəfər Sadiqin (ə) baxışında
Başqa bir hədisdə Seyid Haşim Bəhrani imam Sadiqdən (ə) belə nəql edir:
"Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı”. Həmçinin "İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: "Ləyl”-də məqsəd Fatimə (s.ə) və "Qədr”-də məqsəd Allahdır. Hər kəs Fatiməni (s.ə) olduğu kimi tanısa "ləylətil-qədr”-i dərk edibdir”.
7. Fatimeyi-Zəhra (s.ə) imam Musayi Kazimin (ə) baxışında
İmam Kazim (ə) buyurur:
"Həqiqətən Fatimə (s.ə) Siddiqə və Şəhidədir”.
8. Fatimeyi-Zəhra (s.ə) imam Rzanın (ə) baxışında
İmam Rza (ə) öz ata-babasından, onlar da Peyğəmbərdən (s) nəql edirlər ki, Əli (ə) və Fatimənin (s.ə) nigahından sonra Allah təala buyurdu: "(Ey Rəsulum!) Əlini (ə) yaratmasaydım yer üzündə qızın Fatimə (s.ə) üçün həyat yoldaşı tapılmazdı.”

9. Fatimeyi-Zəhra (s.ə) imam Cavadın (ə) baxışında
Zəkəriyya ibn Adəm nəql edir:
"İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: "Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə gorə”.

10. Fatimeyi-Zəhra (s.ə) imam Hadinin (ə) baxışında
İmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir: "Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”.

11. Fatimeyi-Zəhra (s.ə) imam Həsən Əskərinin (ə) baxışında
İmam Həsən Əskəri (ə), imam Əlidən (ə) o da, Peyğəmbərdən (s) belə nəql edir. "Allah, Adəm və Həvvanı yaratdıqdan sonra onlar orada özləriylə fəxr edirdilər. Adəm (ə) Həvvaya dedi:
-Allah bizdən yaxşı heç bir məxluq yaratmayıb. Allah Cəbrailə (ə) buyurdu:
-"Bu iki bəndəmi Firdovs cənnətinə apar!” Onlar Firdovsa daxil olduqda, əynində cənnət paltarı, başında nur saçan bir tac və qulağında parlayan sırğa asılmış, üzünün nuru cənnəti nurlandıran bir xanımı gördülər. Həzrət Adəm (ə), Cəbrailə dedi:
-"Sevimlim Cəbrail, gözəlliyi ilə cənnəti nurlandıra bu xanım kimdir?” Cəbrail dedi:
-"Sənin nəslindən, axırzamanda gələcək sonuncu peyğəmbərin qızı xanım Fatimədir (s.ə). Adəm (ə) dedi:
-"Başındakə tac nədir?”. Cəbrail cavab verdi:
-"Həyat yoldaşı Əli ibn Əbutalib”. Adəm (ə) dedi:
- "Qulağındakı iki sırğa nədir?”. Cəbrail cavab verdi:
-"İki övladı Həsən (ə) və Hüseyndir (ə)”. Adəm dedi:
-"Onlar məndən öncə yaranıblar?”. Cəbrail cavab verdi:
"Bəli, onlar dör min il sən yaranmazdan öncə Allahın gizli elmində var idi”.
12. Fatimeyi-Zəhra (s.ə) imam Mehdinin (ə) baxışında
İmam Mehdi (ə.c) buyurub:
-"Allah Rəsulunun (s) qızı Fatimə (s.ə), örnək və ən gözəl ülgüdür.” Dünyanı zühuru ilə dəyişən İmam Zaman (əc.), həzrət Fatimeyi-Zəhranı (s.ə) özünün praktiki və qanun örnəyi sayır. Bu kəlmada da, aləmlər xanımı həzrət Zəhranın (s.ə) uca məqamı məlum olur.

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>