Qadınlar sayti

» » İLAM QANUNLARINDA QADINLA KİŞİ NİYƏ FƏRQLƏNDİRİLİR?

İLAM QANUNLARINDA QADINLA KİŞİ NİYƏ FƏRQLƏNDİRİLİR?

Yazar: vusal, Tarix: 2-03-2015, 07:12

İLAM QANUNLARINDA QADINLA KİŞİ NİYƏ FƏRQLƏNDİRİLİR?

İslam dinində bəzi mövzularda qadınla kişi arasında qanun və hökm cəhətindən fərqlər mövcuddur. Məsələn; qadın qazi, rəhbər və şəri hakim ola bilməz. Kişi öz həyat yoldaşını boşaya bilər, lakin qadın bunu edə bilməz. Qadın öz qardaşlarına apardığı irsin yarısına malik olur, qadına cihad vacib deyil və s. Soruşurlar ki, bu fərqlər nə üçündür? Bu, qadın məqamının kişidən aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır. 
1. Qadın və kişinin vücudunun təbiəti və yaradılışı fərqlidir. Bunu elm və təcrübə sübut etmişdir, təsdiqinə ehtiyac yoxdur. Aleks Karl, Qustav Lebon və («Şərq fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış alimlər qadınla kişinin, onların bədən üzvləri və xüsusiyyətlərinin fərqlərini bəyan etmişlər ki, onları burada qeyd etməyi lazım bilmirik. Ancaq bu barədə Qustav Lebonun dediklərinə diqqət yetirin: «Mən həmin bu (kişi ilə qadın arasındakı təbii fərqlərin mövcudluğu) əqidəsində olanlardanam. Bu mövzunu ayrıca «Beyin fəzasında baş verənlərin sirri haqqında anatomik və riyazi bəhslər» başlığı altında ətraflı şəkildə nəşr etdirmişəm». 
2. İslam dinində vəzifə üstünlük deyil, məsuliyyət hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət (məhkəmə hakimi) məqamından məhrumdursa, bunun əvəzinə övlad tərbiyə etmək (yəni analıq məqamı), pak insan yetişdirmək kimi təlim-tərbiyə məqamına sahibdir. Bu məqam və məsuliyyət qəzavət məqamından daha yüksəkdir. Təlaq (boşanma) hüququna gəldikdə, qadın növü həddən artıq hissiyyatlı olduğu üçün, əgər ona bu ixtiyar verilsəydi, kiçik bir hadisə onu təlaq verməyə vadar edərdi və kiçik bir cəmiyyətin (ailənin) həyatı aradan gedərdi. Məlumdur ki, belə olan halda cəmiyyət xoşagəlməz hadisələrlə üzləşə bilərdi. Yaxud irs barəsində, qadına kişiyə çatan irsin yarısı qədər pay verilirsə də, yaşayışının təminatı (yemək, geyim və məskən kimi) ərinin öhdəsinədir, həmçinin mehriyyə haqqı da vardır.  Qadın öz şəxsi malını özü üçün saxlaya bilər və s. Son nəticədə görürük ki, qadının haqqı çox olmasa da, kişinin haqqından da az deyil. Cihad məsələsində də həmçinin, hamı yaxşı başa düşür ki, bu çox ağır işdir və şiddətli müqavimət, insanı taqətdən salan ağır hadisələrə və çətinliklərə dözüm tələb edir. Qadın üçün belə çətinliklərə dözmək onun imkanı həddindən kənardır. Beləliklə, burada ona nəinki zülm olunur, hətta ona xüsusi diqqət və ehtiram olunur. Nəhayət o, qəhrəman və mücahid yetişdirmək və müharibənin arxa və ön cəbhəsində yaralılara kömək etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək, əmlakı qorumaq, evdəki kişiləri cihad cəbhəsinə göndərmək də cihada kömək etmək deməkdir. Deməli, həqiqətdə qadın da bir növ cihadda iştirak etmiş olur. Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə xarakteri daşıdığı üçün) qadınla kişi bərabərdirlər və hər ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər. 
Tanınmış Fransız bioloqu Doktor Karl Aleks yazır: «Qadınların diqqətini analıq vəzifəsindən ayırmağımız məntiqsizdir. Hətta cavan qızların barəsində cavan oğlanların haqqında nəzərdə tutduğumuz həmin tərzi-təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq. Təlim-tərbiyə mütəxəssisləri gərək kişi ilə qadının ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə onların kamilləşməsində əhəmiyyətli rol oynayar». (İnsan tanınmamış mövcuddur, səh. 76)
Digər bir alim isə yazır: «Bundan əvvəlki nəsillər qadın barəsində təfrit (orta həddən aşağı səviyyədə) yolunu tutmuşdular. İyirminci əsrin insanları isə ifrat (həddi aşmış şəkildə) yolunu gedərək elə ədalətsiz və məntiqsiz sözlər danışıblar ki, qadın ayağını yorğanına görə uzatmayıb və nəticədə Qərb aləmində müşahidə etdiyimiz ən təhlükəli ictimai pozğunluqlar ortaya çıxıb. Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik məlumata əsasən hər il qeyri-qanuni cinsi əlaqələr nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış irsi xəstəliklərdən ölür. Qadınların 75 faizinin cinsiyyət üzvlərində aparılan cərrahiyyə əməliyyatı cinsi əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir».
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>