Qadınlar sayti

» » Qadının iddəsi

Qadının iddəsi

Yazar: vusal, Tarix: 28-02-2015, 12:38


Qadınların ərindən ayrıldıqdan, yaxud əri onunla kəbində olduğu halda öldükdən sonra yenidən başqa  bir kişi ilə kəbin kəsdirə bilmək üçün gözləməli olduqları müddət şəriətdə qadınların iddəsi adlanır.
  Sağira (yetkinlik yaşına çatmamış qız uşağı), yaisə qadın (heyz görməyəcək yaşa çatmış qadın) və kəbindən sonra əri ilə yaxınlıq etmədən təlağı verilmiş (boşanmış) qadına heç bir iddə yoxdur.
     VƏFAT İDDƏSİ : Əgər hər hansı bir qadının əri dünyadan köçərsə, o qadın - sağira, yaisə, və duxul (daxil olma, yəni ərinin onunla yaxınlıq etməsi) olunmamiş olsa belə - hər bir halda 4 ay 10 gün iddə saxlamalıdır. Və bu 4 ay 10 gün müddətində bəzənməkdən, əyləncədən çəkinməlidir. Amma əgər qadın hamilə olarsa, 4 ay 10 gün müddəti ilə uşağı dünyaya gətirəcəyi gün arasındakı müqayisədə ən uzaq olanını iddə hesab etməlidir. Məsələn, qadın 3 aylıq hamilə ikən əri dünyadan köçsə, qadın 4 ay 10 gün keçdikdən sonra uşağın doğulma vaxtı çatmasa, o iddəni uşaq doğulacaq vaxta qədər saxlamalıdır. Yox əgər qadın 7 aylıq hamilə olsa və əri bu zaman dünyadan köçsə və 9 ayın tamamında uşaq dünyaya gəlsə, qadın ərinin ölümündən 2 ay keçmiş olduğuna görə 4 ay 10 günün tamam olmasi üçün 2 ay 10 gün də artıq iddə saxlamalıdır.Və bu müddət bitdikdən sonra isə qadın istədiyi kəslə kəbin bağlamaqda azaddır.

Təlaq iddəsi :
Təlaq iddəsi bain və ric'i olmaqla 2 növdür.
Bain iddədə kişinin iddə müddətində qadına rücu' etməyə (təzədən qadına qayıdıb, qadını arvadı kimi qəbul etməyə) ixtiyarı yoxdur. Kişi istər iddə müddətində, istərsə də iddə bitdikdən sonra yenidən qadına qayıtmaq istəsə, gərək yenidən razılaşıb yeni əqd (kəbin əqdi) oxusunlar.
Ric'i təlaqda isə bunun əksinə olaraq kişi qadının iddəsi bitməzdən öncə qadına rücu' edə, yəni heç bir yeni əqd oxumadan ve heç bir razılaşma olmadan qadını yenidən öz arvadlığına qaytara bilər. Və qadının buna razı olub olmaması da şərt deyil. Hətta qadının xəbəri olmadan da rücu' etsə və sonra bunu qadına desə, qadın qəbul etsə də, etməsə də bu iş düzgündür və onlar yenidən ər-arvad hesab olunurlar.

  6 yerde verilən təlaq bain təlaqdir :
1. Sağira (9 yaşı tamam olmamış uşaq)
2. Yaisə qadın (heyz görməyəcək yaşa catmış qadın)
3. Duxul olunmadan (yaxınlıq edilmədən) təlağı verilmiş (boşanmış) qadın.
4. Əri tərəfindən 3-cü dəfə təlağı verilmiş qadın.
5. Xul' təlağı (qadında ərinə qarşı ikrah hissi olduğu, yəni ərindən acığı gəldiyi təqdirdə ərinə hər hansı bir şey verməklə onu boşamasını istəsə, əri də bunu qəbul edib qadını boşasa bu təlaq xul' təlağı adlanır). Xul' təlağında qadının ərindən acığı gəlməsi və ərinə onu boşaması müqabilində nəsə verməsi şərtdir. Qadın öz verdiyi şeyi kişidən geri almadığı təqdirdə bu təlaq xul' təlağı hökmündədir və bain təlaqdır. Kişi nə iddə müddətində, nə də iddədən sonra qadına rücu' edə bilməz. Amma egər qadın verdiyi şeyi geri alarsa, bu təlaq xul' hökmündən çıxır və adi təlaq hökmünü daşıyır. Və avtomatik surətdə bu təlaq ric'i təlağa çevrilir və kişi bu zaman istədiyi vaxt (yalnız iddə müddətində) qadına rücu' edə bilər.
6. Mubarat təlağı (Bu təlaqda isə kişi ilə qadının hər ikisinin bir-birindən acığı gəlməsi şərtdir. Və bu halda da qadın kişiyə hər hansı bir şey verməklə boşanmaq istəyə bilər. Ancaq xul' təlağından fərqli olaraq mubarat təlağında kişi qadından onun mehriyyəsi miqdarından çox şey tələb edə bilməz.)
Qeyd edək ki, yuxarıda qeyd olunmuş ilk 3 yerdə (sağira, yaisə, duxul olunmamiş qadin) ümumən qadının iddəsi yoxdur. Yəni qadın boşanan kimi başqa kişiylə kəbin bağlaya bilər. Və kişinin də heç bir vəchlə qadına rücu' etmək haqqı yoxdur. Və həmin kişi də istəsə razılaşaraq yenidən həmin boşadığı xanımla kəbin bağlaya bilər. Sonrakı 3 yerdə isə qadın iddə gözləməlidir. Bunlardan da xul' və mubarat təlağında əgər qadın verdiyi fidyədən (boşanmaq üçün kişiyə verdiyi şeydən) dönsə və onu kişidən geri alsa bu təlaq - əgər 3cü təlaq deyilsə - ric'i sayılar və kişi qadına rücu' edə bilər. Amma geri almadığı təqdirdə bu təlaq bain sayılır və nə iddə müddətində, nə də iddədən sonra kişi qadına rücu' edə bilməz. Lakin həm iddə müddətində, həm də iddədən sonra kişi həmin boşadığı qadınla yenidən razılaşıb kəbin bağlaya bilər.
   Qadının başqası ilə kəbin bağlaması üçün isə istənilən halda (yuxarıda qeyd etdiyimiz ilk 3 yer - sağira, yaisə ve duxul olunmamış qadın - istisna olmaqla) iddəsinin çıxmasını gözləməsi vacibdir. Əks halda, iddəsi çıxmadan başqa biri ilə kəbin bağlasa və ya kəbinsiz yaxınlıq etsə, qadın özü iddədə olduğunu bildiyi təqdirdə həmin qadın kəbin kəsdirdiyi və ya kəbinsiz yaxınlıq etdiyi həmin kişiyə əbədi haram olacaq.
3 dəfə təlaq verilmiş qadına gəlincə isə, bu zaman qadın ona 3 dəfə təlaq vermiş ərinə haram olacaq. Və yalnız 3-cü təlaqdan sonra iddəsini gözləyib iddəsi çıxdıqdan sonra başqa kişi ilə kəbin bağlayib yaxinliq edərsə və o kişi də o qadına yaxınlıq etdikdən sonra təlaq verərsə, həmin qadın iddə müddəti bitdikdən sonra öz əvvəlki ərinə (ona 3 dəfə təlaq vermiş ərinə) halal olar. Və onunla yenidən kəbin bağlaya bilər. Belə ki, əgər qadının əri ona təlaq versə və yenidən onu arvadlığına qaytarsa (istər rücu' ilə, istər yeni əqd ilə, istər iddəsi çıxmamış, istər iddə müddətində fərq etməz), və yenidən təlaq versə və yenidən arvadlığına qaytarsa, və yenidən 3-cü dəfə təlaq versə bu zaman qadın həmin kişiyə haram olacaq. Yalnız və yalnız təlağın şərtlərinə riayət etməklə arada başqa kişi ilə kəbin edib yaxınlıq etsə və o kişi də o qadını yaxınlıq etdikdən sonra boşasa əvvəlki ərinə halal olar. Bu arada qadının öz əvvəlki ərinə halal olması üçün kəbin bağladığı kişi də muhəllil adlanır. Və bu iş 3 dəfə belə təkrar olsa, 9-cu təlaqdan sonra əvvəlki ərinə, yəni ona 9 dəfə təlaq vermiş ərinə əbədi haram olar. Və heç bir muhəllil ilə də halal çıxarıla bilməz.

İDDƏNİN MİQDARI : 
  Təlaq iddəsi növündən asılı olmayaraq heyz yaşda olub və vaxtlı vaxtında heyz görən (aybaşı olan) qadınlarda daimi kəbində 3 heyz, müvəqqətidə isə 2 heyzdir. Belə ki, qadın ərindən boşandiqdan sonra 1 dəfə heyz qanı görüb paklansa və 2-ci dəfə də heyz görüb paklansa, 3-cü heyzi gördüyü zaman artıq iddəsi bitmiş hesab olunur. Müvəqqətidə isə müddət bitdikdə və ya kişi müddəti bağışladıqda qadın bu minvalla 2 heyz görməlidir. Və 2-ci heyzi gördükdə iddəsi bitmiş sayılır.
Heyz görəcək yaşda olub heyz görməyən (aybaşı olacaq yaşda olub aybaşı ola bilməyən) qadınlarda isə daimi kəbində 3 ay müvəqqətidə isə 45 gün iddə müddəti hesab olunur. Amma heyz görəcək yaşda olan və heyz də görən, ancaq gördüyü 2 heyzin arasındakı müddət 3 aydan çox olan qadınların iddəsi isə heyz hesabından çixaraq vaxt hesabina keçir. Və daimi kəbindən ayrıldıqda bu cür qadınların iddəsi 3 ay.
   Qeyd edək ki, təlağın (boşanmanın) düzgün olması üçün zəruri olan şərtlərdən biri də qadının paklıq müddətində olmasi, yəni heyz halında (aybaşı müddətində) olmamasıdır. Və bu paklıq müddətində də ərinin onunla yaxınlıq etməmiş olmasi da əsas şərtdir.
Belə ki, əgər bir kişi öz xanimiyla paklıq müddətində (aybaşi olmadığı müddətdə) yaxınlıq etsə və qadın heyz görməmiş ona təlaq versə, bu təlaq düzgün deyildir. Təlağın düzgün olması üçün kişi xanimiyla yaxinliq etdikdən sonra xanimin heyz qani görməsi və xanim qandan paklandiqdan sonra kişinin növbəti dəfə onunla yaxinliq etmədən ona təlaq verməsi lazimdir.

Tərcümə etdi: Qurban Qasimi

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>