Qadınlar sayti

» » Uşaqlarımıza şükür etməyi necə öyrədək? -

Uşaqlarımıza şükür etməyi necə öyrədək? -

Yazar: vusal, Tarix: 28-02-2015, 12:28

Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək. (Tebyan/Deyerler)

Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək:


1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. O zaman ki, yemək süfrəsindəsiniz, ya maşında sükan arxasındasınız, malik olduğunuz nemətləri səsli şəkildə yadınıza salın və onlara görə Allaha şükür etməli olduğunuzu bəyan edin. Misal üçün övladınıza deyin ki, bu nemətlərə görə və ya Allahın səni mənə verdiyinə görə Ona şükür edirəm. Hətta gözəl havaya və ya gözəl bağçaya malik olduğuna görə şükür etdiyini övladına söylə.


2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. Onlar yəqin ki, belə cavablar verəcəklər: "Bizə ev verdiyinə görə, maşın verdiyinə görə...”. Belə düşünməklərinin eybi yoxdur. Onlara başa salın ki, bu dünyada hər nəyi varsa, ona görə Allahdan razı olmalıdır.


3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. O nemətlərin adını çəkin ki, uşaq onlara indiyə qədər diqqət etməmişdir, bədən üzvləri, sağlamlıq, valideyn kimi.


4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. Oyuncaqla dolu olan otaq yerinə, uşağınız üçün ancaq sevdiyi bəzi oyuncaqların olduğu otaq təşkil edin. Övladınızın qarşısına cürbəcür yemək qoymaq yerinə, ona iki cür yemək arasında seçim etməsini söyləyin.


5. Kiçik şeylərə diqqət etməyi öyrədin. Övladınıza ətrafındakı nemətlərin xırdalıqlarına diqqət etməsini öyrədin. Yarpaqların rəngi, günəşin batması, dənizin dalğaları kimi. Uşaq başa düşəcəkdir ki, bu xırda şeylər belə, Allahın nemətlərindəndir.


6. Başqalarına təşəkkür etməyi öyrədin. Övladınızın ad günündə ona hədiyyə gətirən hər bir kəsə təşəkkür etməsini ona öyrədin. Həmçinin bayramlarda və ya xüsusi günlərdə ona edilən hər bir yaxşılığa görə təşəkkür etməsini öyrənsin.


7. Uşaqlarınıza infaq etməyi öyrədin. Nə zaman övladınızın paltarı əyninə kiçik olsa, onu başqa ehtiyacı olan uşaqlar üçün ayırmasını söyləyin. Bu əməl uşağınıza şükür etmək hissinin şirinliyini daddırar.


8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. Övladınıza başqalarının müsbət tərəflərini görməyi öyrədin.


9. Özünüz nümunə olun. Əgər övladınızın şükür edən olmasını istəyirsinizsə, gərək özünüz bu işdə nümunə olasınız. Çalışın az şikayət edin və həyatın müsbət tərəflərinə çox diqqət edin. Ona görə də Allaha tez-tez şükür edin. Bu zaman övladınız şükür etməyin mənasını dərk edəcəkdir.

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>