Qadınlar sayti

» » FATİMƏ (Ə) – ƏDƏB DƏRYASI

FATİMƏ (Ə) – ƏDƏB DƏRYASI

Yazar: Betul, Tarix: 28-02-2015, 10:41

 

Fatimənin (ə) ədəb və nəzakəti ilk öncə Allah qarşısında ali ruhların və İlahi mələklərin köməyilə etdiyi ibadətlərdə, sonra isə Yaradanın seçilmiş bəndəsi olan Tanrının kəramətli Elçisinin (s) qarşısında yerinə yetirdiyi borclarında saflaşır, büllurlaşırdı. Məlum olduğu kimi, cahiliyyə ərəbləri bəşər mədəniyyətindən çox az bəhrələnmişdilər, bəzi qəbilələr isə başqa millətlərin mədəniyyətindən ümumiyyətlə tam xəbərsiz idilər. Onlar İslamı qəbul etdikdən sonra bir müddət köhnə adət-ənənələrinə əməl edirdilər. Ərəb qəbilələrinin bir çoxu hələ də əxlaq qaydalarını, ictimai əlaqələrini düzgün şəkildə yerinə yetirmirdilər. Bə səbəbdən də onlar İslamın əzəmətli Peyğəmbərinə (s) bədəvilərə və cahiliyyə dövrünə məxsus adlarla müraciət edirdilər. Bu müraciətlər içərisində bəzi hallarda həqarətlə səslənənləri də var idi.

Nəhayət, Allah tərəfindən bu şərif ayə nazil oldu: - "Allahın Rəsulunu bəzilərinizin bəzi kəsləri çağırdığı kimi çağırmayın.”

Fatimeyi-Zəhra (ə) deyir: "Bundan sonra mən daha atama "əb” (ata) sözü ilə müraciət etmirdim və əvəzində başqaları kimi mən də o həzrəti "Rəsulullah” deyə çağırırdım. Bir neçə dəfə atamı bu ləqəblə çağırdıqda o həzrət cavab vermədi. Sonra buyurdu: "Fatimə can, bu ayə sənin və övladların üçün nazil olmamışdır. Sən məndənsən və mən də səndənəm, bu ayə Qüreyşin təkəbbürlü şəxsləri üçün nazil olmuşdur. Sən mənə həmin "ata” sözünü de, çünki bu söz mənim ürəyimə çox yatır, məni fərəhli və şad edir. Allahı da razı salır.”

Bəli, bu Fatimənin (ə) ədəb və nəzakətinə aid bir nümunədir. Bu nümunə göstərir ki, o həzrət hətta mehriban atasının, ən yaxın adamının qarşısında belə qayda-qanunu gözləyir və ona qarşı etinasızlıq göstərmirdi.

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>