Qadınlar sayti

» » QURANDA FƏZİLƏTLİ QADINLAR

QURANDA FƏZİLƏTLİ QADINLAR

Yazar: Betul, Tarix: 26-02-2015, 20:10

Quranın nazil olma zamanların qadının hörməti qorunmurdu, ona ikinci dərəcəli bir insan kimi baxılırdı. Onun mal-mülkdə bir payı yox idi. Allah-Təala saysız ayələrdə qadın barəsindəki cahilanə düşüncələrin üstündən xətt çəkərək insanlıq baxımından onun kişi ilə eyni olduğunu ortaya qoymuş, qadının təbii haqlarını açıqlamışdır.

Quran bəzən İbrahim (ə) peyğəmbəri və onunla olanları («Mumtəhinə surəsi», ayə : 4.), bəzən də Həzrət Məhəmmədi (s) («Əhzab surəsi», ayə: 21.) örnək göstərir. Ucalmış insan- istər kişi olsun, istərsə də qadın-digərlərinə nümunədir. Quranın bir sıra hekayələri bəşər tarixində iz qoymuş nümunəvi qadınların hekayələridir ki, onlardan bir neçəsinə nəzər salaq:

1.        İbrahim (ə) peyğəmbərin zövcəsi Sara

Sara, Quranı-məciddə adı çəkilən nümunəvi xanımlardan biridir. O, Həzrəti İbrahimin (ə) həyat yoldaşıdır. Mələklər İbrahim peyğəmbərə (ə) oğlunun olcağı barədəki müjdəni bu xanıma da vermişlər. «Hud» surəsi 71-ci ayə buyurulur:

«(İbrahimin) arvadı ayaq üstə durmuşdu, o, güldü. Bundan sonra biz onu İshaqla, İshaqın ardınca Yəqubla müjdələdik.»

2.        Musanın (ə) anası və bacısı

Zülmə qarşı mübariz meydanlarının qəhrəmanları kişilər daha çox olsa da, Fironun sitəminə qarşı mübarizədə qadınların rolu çox heyrtləndiricidir. Quran Musanın həyatını qoruyan 3 qadından söz açır: Musanın anası, bacısı və Fironun xanımı.

Anası onu səbət içində Nil çayına (Allahın ilhamı ilə) buraxaraq qətliamdan xilas edir. Bacısına da onu izləmyi tapşırır. Səbət şah sarayına yetişdikdə bacısı bu oğlasn uşağına dayəlik edəcək ailə (öz ailəsini) təklif edir. Fironun xanımı isə Musanı (ə) padşaha təqdim edərək, qətlinə mane olur və «onu öldürmə, bəlkə bizə faydalı oldu, yaxud onu oğulluğa götürdük» deyərək özünü təhlükəyə atıb onu qoruyur. Fironun zülmkarlığını nəzər alsanız, ilərsiniz ki, o dövr üçün bunların heç biri asan və təhükəsiz deyildi. Odur ki, bu qadınların şücaəti alqışa layiqdir.

3.        Fironun xanımı Asiyə

«Təhrim surəsinin» 11-ci ayəsində oxuyuruq:

«İman gətirənlərə Allah Fironun xanımını misal çəkir. O zaman ki, dedi: «İlahi Behiştə öz yanında mənə ev düzəlt, məni Fironun və onun əməlinədən nicat ver və məni zalım qövmün əlindən xilas et!»

Allah-Təala bu qadını, yalnız qadınlara örnək göstərmir, bütün iman gətirən insanlara nümunə çəkir. Asiyə, özünü Allah elan etmiş bir iqtidar sahibinin evində yaşayırdı. Allah bu xanımın ən mühüm fəzilətlərini onun duasında xatırlatmışdır.

O qadın Allah yanında olan bir Cənnəti istəyir. Yəni o, kimə yaxın olmaq istədiyini dərk etmişdir. O Allahdan «liqaəllah»ı və Cənnəti istəyir. Bu ikisi təvəlladır. Digər dörd istəyi təbərraya (Allahın düşmənini düşmən tutmaq) aiddir.

1.Firondan nicat; 2. Onun əməlindən nicat; 3. Zalım tayfanın əlindən nicat; 4. Onların əməllrindən nicat (bu hissə «məhfuz»dur, yəni yazılmır, akin mənadan anlaşılır).

Asiyə Fionun əməlindən nicat tapmaq istəyir, yəni o, Fironun düçar olduğu zülmə- Allahlıq iddiasına düçar olmaqdan nicat tapmağı diləyir. O, zalım tayfanın əlindən nicat tapmağı diləyir, yəni zalımın özündən qurtulub zalım bir qövmün toruna düşməldən nicat tapmağı istəyir.

Bir insan ki, Allahdan belə müqəddəs istəkləri diləyir, o, bütün insanlara və insanlığa nümunədir.

4.        Xanım Məryəm

«Təhrim» surəsinin 12-ci ayəsində buyurulur:

«Və İmranın qızı Məryəmi ki, özünü saxladı və ona öz ruhumdan üfürdüm. O, Rəbbinin kəlmələrini və kitablarını təsdiq etdsi və ibadətdə öncüllərdən idi.»

Məryəmni (s.ə) məqamı Fironun xanımından da üstündür. O, iffət, təqva və mənəvi rəfətdə elə bir məqama yetişmişdi ki, onun iman və ibadətini Allah-Təala Özü vurğulayır: «O, Rəbbnini kəlmələrini və kitablarını təsdiq etdi və ibadətdə öncüllərdən idi.»

Bu xanımın fəziləti barədə başqa ayədə belə oxuyuruq:

«Hər zaman Zəkəriyya onun mehrabına daxil olduqda orada bir növ yemək görürdü. Dedi: «Ey Məryəm! Bu sənin üçün haradandır?» O dedi: «Allah dərgahından hər kəsə sonsuz ruzi verir. » («Ali-İmran» surəsi, ayə: 37.)

Quran ayələrinə əsasən mələklər xanım Məryəmlə söhbət edər, o da onları dinləyər və görərdi. Çox sayda mələklər nazil olub o qadına Allahın seçilmiş, pak və dünya qadınlarnın üstünü olduğunu müjdə vermiş, ona daim Allahı yad etməyi, səcdə və rüku etməyi, rüku əhlindən olmağı çatdırmış, həmçinin İsa Məsihin düyaya gələcəyini müjdə vermişlər. ((«Ali-İmran» surəsi, ayə: 22-23, 25.)

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>