Qadınlar sayti

» » SÖZƏ BAXMAYAN QADINLARLA RƏFTAR TƏRZİ. İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU

SÖZƏ BAXMAYAN QADINLARLA RƏFTAR TƏRZİ. İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU

Yazar: Betul, Tarix: 21-02-2015, 15:45

Bəzi hallarda arvadlar agahlıq olmadığı üçün, yaxud düzgün islami tərbiyənin və ya mədəniyyətin olmaması və sair amillər üzündən ərlərinin sözünə baxmır, onlara əziyyət verir, ailənin səfa-səmimiyyətini cəhənnəmə döndərir. Belə olan hallarda agah ərlər özlərindən kobud və tünd reaksiya göstərməməli, onların amillərini, köklərini araşdırmalıdır. Əgər onun özü şəxsən bu amilləri araşdıra bilməsə, onda dindar və agah şəxslərdən kömək alıb üsyankarlığın, sözə baxmamazlığın köklərini kəsmək üçün bir tədbir görməlidir. Bu halda ailədə baş verən çatışmamazlıqların çoxu aradan qalxacaq. Xüsusilə cavan ər diqqət yetirməlidir ki, heç bir qadın əri üçün, habelə, heç bir ər arvadı üçün ideal tərzdə ola bilməz. Gərək razılaşma, səfa-səmimiyyət və sazişi dava-dalaşdan, təhqir və tənqiddən üstün tutsunlar. Üsyankar və sözəbaxmayan qadınları atifi ləhzələr vaxtı adətən nəsihət yolu ilə, qəzəb və kobudluqdan, habelə, başqalarının gözündən uzaq olmaq şərti ilə sözəbaxan etmək lazımdır. Kişi sözə baxmamağın gətirəcəyi zərərlər, qarşılıqlı anlaşma olmayan vaxtlardakı yaranan müşküllər barəsində onu qane etməli və başa salmalıdır ki, bu işlərin nəticəsi nəhayət onun evinə qayıdacaqdır. Cavan kişilərin həmişə riayət etməli olduqları məsələlərdən biri də həyat yoldaşını təhqir etməkdən uzaq olmaqdır. Həmçinin kişi arvadına və onun ailəsinə ehtiram qoymalı, həyatında, məişətində rifah və firavanlıq yaratmalı, onun cinsi və ruhi ehtiyaclarını təmin edərək hər növ bəhanənin qarşısını almalı, həyat yoldaşını fikri istiqlaliyyətə doğru rəğbətləndirməli, başqalarının dəxalət etməsinin qarşısını almaqla müştərək həyatın şirin gələcəyini onun nəzərində canlandırmalı, həyatın, mənzilin müşküllərini müzakirə edərək onun özündən bu kimi müşküllərin həllində kömək istəməlidir. Bütün bunlar müştərək həyatın davam etdirilməsi üçün ən münasib yollardan biridir. Həyat yoldaşı sözə baxmayan qadınlar olan kişilər mütləq imamların həyatına diqqət yetirib onların bəzi hallarda sözə baxmayan qadınları olduqda onlarla necə davranıb rəftar etmələrini öyrənib ibrət almalıdırlar. O Həzrətlərin(ə) ardıcılları da daha dözümlü olmalıdırlar. İndi isə sizin diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik.

İmam Sadiq (ə) buyurur: "Atamın sözə baxmayan bir arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun əvəzində onu əfv edirdi. "( "Vəsailüş-şiə", 14-cü cild, səh. 121) İlahi peyğəmbərlərdən biri olan Hud(ə)-ın arvadı ona əziyyət verirdi, üstəlik onun düşmənləri ilə əlbir olurdu. Amma Həzrət Hud(ə) o qadının sağ qalmasını istəyir, buyururdu:"Mömini bir kəs əziyyət etməlidir, yaxşı olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun. "("Səfinətul-bihar", 1-ci cild, səh. 561) İmam Sadiq(ə) buyurur: "Həzrət İbrahim(ə) özünün sözə baxmayan(üsyankar) əhval-ruhiyyəsi olan Saradan Allaha şikayət etdi. Allah da cavabında buyurdu: "Ey İbrahim, öz arvadınla keçin, çünki (sözə baxmayan, üsyankar) qadın əyri sümük kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb dəyməsən, ondan bəhrələnərsən." ("Fürui-kafi", 2-ci cild, səh. 513)Qeyd edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub ailə daxilində əsaslı rol ifa edirlər, eyni zamanda onların qəlbi çox nazik və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara nəvaziş göstərməli və əvəzində onlardan müsbət istiqamətdə faydalanmalısınız. Əgər kobudluq və bədrəftarlıq etsəniz, bu zərif varlıqlar bir növ "sınacaq" və artıq istifadə üçün yararlı olmayacaqlar. Həzrət Əmirəl-möminin Əli İbni ƏbuTalib(ə) qadınların zəriflikləri barəsində bu həqiqətə işarə edərək oğlu Həsən(ə)-a buyurur:"Qadın zərafətlik və həssas olmaqda reyhan gülü kimidir. Gözəl və ətirli olmaqla yanaşı, çox həssasdır. O, qəhrəman deyildir ki, ailənin və ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün. "("Nəhcül-bəlağə", 31-ci məktub) Bu hədislər göstərir ki, İlahi övliyaların, Məsum İmamların(ə) bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o Həzrətlər onların xətalarını görməməzliyə vuraraq öz həyatlarını davam etdirmişlər;həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və sitəmi qəbul etmiş, ancaq özləri heç vaxt onlara zülm etməmişlər.

Rəsuli-Əkrəm(s) bu həqiqətə işarə edərək buyurur:"Üç dəstə adam var ki, əgər qorxuları olmasa, zülm edərlər: 1-alçaq fitrətli insanlar, 2-sözə baxmayan qadınlar, 3-xidmətçilər. "("Biharul-ənvar", 75-ci cild, səh. 309)

Diqqət yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>