Qadınlar sayti

» » QADIN VƏ AİLƏ

QADIN VƏ AİLƏ

Yazar: Betul, Tarix: 21-02-2015, 14:50

Qadin və ailə

 

Qadının bir ÖVLAD kimi doğulduğu andan möhkəm dayağa, arxaya, onun maddi və mənəvi problemlərini təmin edə biləcək, onu hər vəziyyətdə qoruya biləcək ataya çox ehtiyacı var. İslam dinində ata, yəni ailə başçısı, müəyyən vəzifələr daşıyır. Atanın qız övladı ilə münasibəti oğlan uşağı ilə münasibətdən, təbii ki, fərqlənməlidir. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur: 
"Qızlarınızla soyuq olmayın, çünki onlar qiymətli munislərdir" Elə Peyğəmbərin, kiçik qızı Həzrət Fatiməyə (s.ə) göstərdiyi sevgi, hörmət buna gözəl nümunə ola bilər. Rəvayətə görə, Peyğəmbər Fatimənin əllərini öpər, o xanım otağa daxil olanda ayağa qalxarmış və s. Sevimli peyğəmbərimiz çox gözəl qeyd edir:
"Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-Təala Qiyamət günündə onu şad etməsin".
İsra surəsinin 23-24-cü ayələrində Uca Rəbbimiz belə buyurur:
"Sənin Allahın Ondan qeyrisinə sitayiş etməməyi və ata-anaya yaxşılıq etməyi müəyyən etdi. 
Onlardan biri və ya hər ikisi sənin yanında qocalsalar, onlara (hətta) "off” belə demə. Onlara acıqlanma və onlarla layiqincə söz danış.
Allaha mehribanlıqla təvazökarlığını aç və de: İlahi, məni kiçik yaşlarımda böyütdüklərinə görə onların hər ikisinə rəhmət et.
övladların tərbiyəsində analar daha çox əziyyət çəkir, uşaqların çətinliklərini əsasən onlar çəkməli olurlar. İmam Zeynəl-Abidin (ə) analar barədə bunları
buyurmuşdur:
"Bil ki, ana heç kimin digərini daşımadığı bir yerdə, yəni bətnində, səni daşımışdır. Heç kimin başqasına vermədiyi ürəyinin meyvəsindən sənə yedizdirmiş və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzaları ilə qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur! Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. Qarnı sənə yuva, ətəyi örtü, döşü su qabı, canı sipər olan, dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbr edən yenə də ana olmuşdur!.."
Hər birimiz bizləri əzab-əziyyətlə böyüdən analarımızın qədrini vaxtında bilməli, bir günümüzü də hədər verməməli və hər an bizləri sevən anamıza qayğı göstərməli, sevinc bəxş etməyə çalışmalıyıq.
Sevimli PEYĞƏMBƏRIMIZ (S)BUYURMUŞDUR:"cənnət anaların ayaqları altındadir"

Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>