Qadınlar sayti

» » Övlada məhəbbət

Övlada məhəbbət

Yazar: Meryem, Tarix: 18-02-2015, 14:17
    Deyildiyi kimi 30 aylıq müddətdə övladını qidalandırma məsuliyyəti ananın üzərinə düşür, bundan sonrakı dövrdə də analar çalışmalıdırlar ki, övladın təlim tərbiyəsi ilə məşğul olarkən ona daha çox sevgi göstərsin. Ailədə sevgi görmədən böyüyən uşaq gələcəkdə də həyatı boyu bu sevgi doyumsuzluğundan əziyyət çəkir və başqalarının təsiri altına daha tez düşə bilir. Bir sözlə həyatda özünü tapa bilmir. Buna misal olaraq məşhur İspan rəssamı Salvador Dalinin həyatına nəzər salaq.
    Bu məşhur rəssam anası tərəfindən sevilib, əzizlənsə də, atası onu heç vaxt sevməmiş, ona qayğı göstərməmişdi. Buna səbəb Dalinin özündən qabaq eyni adlı qardaşının dünyadan tez köçməsidir. Atanın bu oğula məhəbbəti o qədər çox olur ki, onun ölümü ilə barışa bilmir. Salvador Dali dünyaya gələndə ölən qardaşının adını qoyur, amma bu ona ölən oğlunu nəinki unutdurmur, əksinə bu uşağa qarşı kobud, qəddar davranır, ona sevimli oğlunun yerini tutmuş biri kimi baxır. Bu cür rəftar da Dalinin həyatında izsiz ötüşmür. O, məşhur rəssam, milyonçu və dünyada tanınmış insan olsa belə həyatda özünü tapa bilmir. Bəzi rəsmlərində özünü 5-6 yaşlı uşaq kimi təsvir edir, yəni bu insan ruhən böyümür. 84 il yaşasa da istəmir övladı olsun. Özündən yaşca çox böyük qadınla evlənir və bu qadın onun üçün ana rolunu oynayır. Bu qadından o qədər asılı olur ki, qadın dünyasını dəyişəndə sonra o heç bir əsər yarada bilmir. Onun uşaq ikən atasından aldığı zərbələr həyatının sonuna qədər öz təsirini göstərir.
Budur sevgisiz böyüyən bir uşağın acı taleyi.
    Peyğəmbərimiz (s) öz hədislərindən birində deyir: "Uşaqları sevin və onlarla mehriban davranın.” Həmçinin, o həzrət başqa bir kəlamında buyurur: "Övladlarınızı çox öpün, çünki hər öpüşə görə cənnətdə sizə bir dərəcə veriləcək." Deməli, övlad ailədə həm anadan, həm də atadan sevgi görməlidir.
Sayta qeydiyatsız daxil olmusuz.
Sayın ziyaretçimiz Qeydiyyatdan keç .

Şərhlər:

Şərh yaz
  • Online Məsləhətçi

    Ummul Qasim
    Ummul Qasim
    Bugün 13:44:08

    Səlamun aleyk.Zəhmət olmasa təqlid haqqında məlumat verərdiniz.Kimə və nə zaman təqlid etməliyik?
    Stat gətir
    Betul
    Betul
    Bugün 10:53:29

    Ummul Qasim,Aleyki salam Cavab Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir. Ayətullahul-Üzma Seyyid Ruhullah Musəvi Xumeyni
    -----------------------------
    Ayətullahul-ÜzmaŞeyx Məkarim Şirazi ağaya görə vacib miqdarı bükməyi yəqin etməkdən ötrü ehtiyat budur ki biraz ətrafını örtsün
    Ayətullahul-Üzma Behcəti ağaya görə ayağın altı əlin içidə ehtiyata görə görünməsin

    ------------------------------
    Qadın namaz halında bütün bədənini, hətta başınıvə saçını da örtməlidir. Müstəhəbb ehtiyat budur ki, ayağının altını da örtsün. Lakin üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyəqədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)deyildir. Ancaq vacib olan qədəri örtdüyünə xatircəm olması üçün,üzünün ətrafından bir qədəri, biləkdən və ayağının bükülən yerindənbir qədər aşağını da örtməlidirAyətullah əl-uzma Vəhid Xorasani
    ------------------------
    Ayətullahul-ÜzmaSeyyid Əli Sistani
    Qadin Namazda üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə
    qədər və ayaqlarının üstünü bükülən yerə qədər örtməsi lazım (vacib)
    deyildir Amma Qadin yalniz özü görəcəyi bir formada bədənini örtsə işkallıdır


    Stat gətir
    Betul
    Betul
    Bugün 10:23:58

    nergiz, Cavab : Qadın naməhrəm kişini masaj edə bilməz !!!
    Stat gətir
    Ummul Qasim
    Ummul Qasim
    Bugün 04:49:15

    Səlamun aləyk.Qadın namaz qılarkən ayaqları görsənə bilər?
    Stat gətir
    nergiz
    nergiz
    Dünən 11:01:35

    massaj eden qadin kisi xesteleri massaj ede bilermi
    Stat gətir
    xanim Mesume
    xanim Mesume
    11 noyabr 2014

    Esmira, Əleyki salam Bildiyiniz kimi Muherrem ayi eziz Peygemberimiz (s) ciyerparesi Imam Eli (e) ve xanim Fatime (se) eziz ovladi Imam Huseyn (e) ve terefdarlarinin wehadete catdigi aydir Matem ayidir.bizler nece ki,oz dogmalarimizin yasinda berbezekden,wenlikden uzaq oluruqsa,bu ayda eyni hali qorusaq yaxwi olardi
    Stat gətir
    Esmira
    Esmira
    8 noyabr 2014

    Salam Məhərrəmlik ayındaa basha rəng qoymaq olarmı?
    Stat gətir

    Online məsləhətçiyə sualını yaz
       
    Hicridən miladiyə konvert
    Miladi Təqvimindən

    Hicri təqvimə konvert

    İL (məsələn, 1987)

    AY (məsələn, 01)
    GÜN (məsələn, 11)
    Hicri tarixinə
    Miladi tarixinə
    NƏTİCƏ
     
    Qurani kərim oxu
    
    html>